Azərbaycan Respublikasının Baş Prokurorluğu avqustun 9-da Dövlət İmtahan Mərkəzi ilə birgə Bakı İdman Sarayında prokurorluq orqanlarında işə qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirir.
E-huquq.az-ın xəbərinə görə, prokurorluq orqanlarında işə növbəti qəbul Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnaməyə müvafiq olaraq prokurorluq orqanlarında işləmək istəyən namizədlər üçün təşkil edilir.
Vakant 80 ştat vahidi üzrə elan edilmiş müsabiqənin ilkin mərhələsi olan test imtahanı saat 10:00-da başlayıb və üç saat davam edəcək. İmtahanın tam şəffaf və aşkarlıq şəraitində, beynəlxalq standartlara uyğun keçirilməsi məqsədilə tədbiri müvafiq dövlət qurumlarının, qeyri-hökumət və beynəlxalq təşkilatların nümayəndələri, kütləvi informasiya vasitələrinin təmsilçiləri müşahidə edirlər.
İmtаhаndа nаmizədlərə 100 suаldаn ibаrət suаl kitаbçаsı təqdim оlunub. Müsabiqə qaydalarına uyğun olaraq test imtahanında 70 və dаhа çох bаl tоplаyacaq namizədlər müsabiqənin növbəti mərhələsinə burахılacaqlar. Nəticələr barədə əlavə məlumat veriləcək.
Mənbə: AZƏRTAC
