Məzmuna keç

Baş Prokurorluq istintaqa qaytarılan işlərlə bağlı məlumat yaydı

Bu ilin yanvar-avqust ayları ərzində respublikanın istintaq (təhqiqat) qurumları üzrə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorlar tərəfindən 100 iş üzrə ittiham aktı təsdiq edilməyərək istintaqın davam etdirilməsi üçün geri qaytarılıb.

E-huquq.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.