ABŞ-ın Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyi (NASA) Yer kürəsinə Misirdəki Xeops ehramından da böyük asteroidin yaxınlaşması haqda xəbərdarlıq edib.
E-huquq.az-ın xəbərinə görə, “2019 OU1” adını almış asteroidin hündürlüyü 160 metrdir. Bu da Misirdəki Xeops ehramından 20 metr hündürdür. Asteroid saatda 46,7 min kilometr sürətlə hərəkət edir.
Məlumata görə, avqustun 28-də asteroid Yer kürəsinə Venera planetindən 40 dəfə daha yaxın məsafəyədək yaxınlaşacaq.
Mənbə: APA
