Məzmuna keç

Azərbaycanın rayonlarında zəlzələ oldu –

Azərbaycanda zəlzələ qeydə alınıb.

Bu barədə e-huquq.az Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yeraltı təkanlar yerli vaxtla saat 22:48-də Zaqatala rayonunda qeydə alınıb.

Zəlzələ 3,1 maqnitudada baş verib.

***

23:37

Azərbaycanın şimal-qərb bölgəsində zəlzələ qeydə alınıb.

E-huquq.az xəbər verir ki, yeraltı təkanlar təxminən saat 22:55 radələrində Zaqatalada və Qax rayonunun kəndlərində baş verib. Zəlzələ hiss olunub. İlkin məlumata görə, zəlzələ təxminən 3,5-4 bal gücündə baş verib.

Dağıntı və ya tələfat barədə məlumat yoxdur.

Qeyd edək ki, ölkə ərazisində son zəlzələ avqustun 18-də Zaqatalada 2,8 maqnitudada qeydə alınıb.