Həbsdə olan sabiq millət vəkili Rafael Cəbrayılov vəfat edib.
E-huquq.az-ın məlumatına görə, bir neçə gün əvvəl COVID-19-a yoluxan Rafael Cəbrayılov müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Xatırladaq ki, Rafael Cəbrayılovun dələduzluqda təqsirli bilinirdi. Onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdi və cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılırdı.
