"Hesab edirəm ki, Azərbaycanda məhkəmələrə, hakimlərə xeyli sərbəstlik verilib. Bu sərbəstlik niyə verilib? Ona görə verilib ki, onların işinə heç kim qarışmasın. Ədalətli şəkildə, başqasının müdaxiləsi olmadan qərar qəbul etsinlər. Amma biz bu sərbəstliyin geri dönüşünü görə bilmirik".
E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Razi Nurullayev deyib.
Onun sözlərinə görə, hakimlər onlara verilən səlahiyyətdən sui-istifadə edirlər: "Əgər mənim və həmkarlarımın məhkəməyə inamı olsa, biz məktub göndərib, "işə ədalətli baxın" demərik. Bu inam sarsılıb deyə, biz onlara müraciət edirik. Ona görə də hesab edirəm ki, məhkəmə sistemi ciddi araşdırılmalıdır. Məhkəmələrə verilən sərbəstlik götürülməlidir, hakimlərin də müəyyən məsuliyyəti olmalıdır. Biz istəyirik ki, ədalətli cəmiyyət olsun, insanlar incidilməsin".
Xəyalə Bünyatova
