Məzmuna keç

“Alimentlə bağlı məhkəmə qərarları icra olunmur” –

"Azərbaycanda alimentlə bağlı icra olunmayan qərarların sayı getdikcə artır".

E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Qənirə Paşayeva parlamentin bu gün keçirilən iclasında bildirib.

O deyib ki, hazırda ölkədə məhkəmə qərarlarının icra vəziyyətində problemlər var: "Bizə deputat kimi bu barədə çoxsaylı müraciətlər gəlir. Uşaqlar, valideynlər əziyyət çəkir. Ona görə də alimentlə bağlı məhkəmə qərarlarının icrası prosesinə mütləq baxmalıyıq. Bu sahədə çox acınacaqlı vəziyyət mövcuddur".

Xəyalə Bünyatova