I milli “CEO Award Azerbaijan” müsabiqəsinin qalibləri məlum olub.
E-huquq.az bu barədə Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir.
Məlumata görə, qaliblərin seçilməsi üçün keçirilən səsvermədə iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən yüzdən artıq top-menecer iştirak edib. Səsvermənin nəticəsinə görə 2021-ci il üzrə Azərbaycanın 25 ən tanınmış top-meneceri müəyyənləşib. Qaliblər sırasında “Azəriqaz”ın baş direktoru Ruslan Əliyev 79% səslə I yerin sahibi olub.
Müsabiqənin qalibləri 1 sentyabr – 19 sentyabr tarixləri arasında müstəqil beynəlxalq onlayn platformada keçirilən səsvermənin nəticəsinə görə müəyyən edilib. 13 mindən artıq səsverənin iştirakı həm idarəçilərin, həm də əhalinin bu müsabiqəyə böyük marağının olmasından xəbər verir.
