Fransanın paytaxtı Parisdə keçirilən etiraz aksiyaları zamanı nümayişçilər hüquq-mühafizə orqanlarının əməkdaşlarına yandırıcı qarışıqlı butulkalar atıblar.
E-huquq.az xəbər verir ki, bu barədə Fransa Milli Jandarm İdarəsi “X” sosial şəbəkəsində məlumat yayıb.
Qurumun açıqlamasında hüquq-mühafizə orqanlarına qarşı zorakılığın qəbuledilməz olduğu bildirilib.
Yayımlanan görüntülərdə əhalinin alıcılıq qabiliyyətinin azalmasına etiraz edən nümayişçilərin polis səddinə yandırıcı qarışıqlı butulkalar atdığı görünür. Nəticədə polis əməkdaşlarından birinin geyimi alovlanıb.
