Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi türkdilli ölkələri 3 oktyabr – Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının əsasını qoyan Naxçıvan Sazişinin 12-ci ildönümü – Türkdilli Ölkələrin Əməkdaşlığı Günü münasibətilə təbrik edib.
E-huquq.az xəbər verir ki, nazirlik bu barədə özünün tvitterdəki səhifəsində təbrik yayıb.
“Bütün türkdilli dövlətləri və xalqları bu münasibətlə təbrik edir və əməkdaşlığımızın hər zaman güclü olmasını diləyirik”, – təbrikdə qeyd edilir.
