Məzmuna keç

DİN-də yeni təyinat olub

Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.

E-huquq.az-ın oxu.az-a istinadən məlumatına görə, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən polis kapitanı Cavid Nuriyev Şirvan Şəhər Polis Şöbəsinin Post Patrul Xidməti Bölüyünün komandiri təyin olunub.