Məzmuna keç

Nazirlik Müəllimlər Günü münasibətilə məktəblərdə pul yığılmasına münasibət bildirdi

Təhsil Nazirliyi məktəblərdə 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə pul yığılması iddialarına münasibət bildirib.

Nazirlikdən e-huquq.az-a bildirilib ki, hər bir şagirdin öz müəlliminə səmimi ürək sözləri ən böyük hədiyyədir.

"Bu mövzuda hər hansı qeyri-qanuni tələb olarsa, valideynlər anonim olmadan nazirliyin Qaynar xəttinə müraciət edə bilərlər", – nazirlikdən bildirilib.