Məzmuna keç

“Milliön” terminallarının fəaliyyətində problem yaşanır? –

Fəaliyyətində problem olmayan sosial şəbəkələrdə “Milliön” terminallarında problem yarandığına dair paylaşımlar edilib.

E-huquq.az xəbər verir ki, məsələ ilə bağlı “Milliön” müştəri xidmətlərinin rəhbəri Ülviyyə Əfəndiyeva ilə əlaqə saxlanılıb.

O, “Milliön” terminallarında ödənişlə bağlı heç bir problemin olmadığını deyib: “Sosial şəbəkələrin fəaliyyətində müəyyən problem yaşanıb. Lakin bu problem terminallarda ödəniş sisteminə təsir etməyib. Terminallar vasitəsilə həyata keçirilən ödənişlərdə heç bir problem yaşanmayıb. Sistem nəzarət altında saxlanılır”.

Mənbə: Oxu.az