Bu gün ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şixəliyev, idarənin əməkdaşları Vüsal Əliyev, Yasin Məmmədov, Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
E-huquq.azxəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə müşavirədən sonra məhkəmənin hazırlıq iclasının qərarı açıqlanıb.
Hakim müdafiəçilər tərəfinin verdiyi vəsatətlərin təmin olunmadığını elan edib.
Məhkəmə baxışı oktyabrın 26-na təyin olunub.
***10:59
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şixəliyev, idarənin əməkdaşları Vüsal Əliyev, Yasin Məmmədov, Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
E-huquq.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesə jurnalistlər buraxılıb. Məhkəmədən bildirilib ki, hazırlıq iclası qapalı keçirilir.
Prosesdə təqsirləndirilən şəxslərin anket məlumatlarının dəqiqləşdiriləcəyi və cinayət işinin məhkəmə baxışına veriləcəyi gözlənilir.

