Məzmuna keç

Deputat tıxaclara görə qurumları tənqid etdi

“Yağış suyunun kanalizasiyalara axıdılması dünyada Azərbaycanın yeniliyidir. Başqa yerdə belə bir şey yoxdur”.

E-huquq.az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Fazil Mustafa parlamentin bu gün keçirilən plenar iclasında deyib.

O bildirib ki, müvafiq qurumlar tıxacla bağlı cəmiyyətə məlumat verməlidir: “Bu gün paytaxtda çox böyük tıxaclar var. Bakının yüklənməsinin əziyyətini insanlar çəkməməlidir. Bununla bağlı insanlara məlumat verilməlidir”.