Jurnalist Elnur Əşrəfoğlu dünyasını dəyişməyib.
Bu barədə e-huquq.az-a "Yeni Klinika"dan məlumat verilib.
Bildirilib ki, onun vəziyyəti hazırda ağır kritikdir.
***
18:56
Tanınmış jurnalist Elnur Əşrəfoğlu koronavirusdan vəfat edib.
E-huquq.az xəbər verir ki, bu barədə sosial şəbəkədə paylaşım edilib.
O, müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, E.Əşrəfoğlu sentyabrın əvvəllərində koronavirusa yoluxub. Əvvəlcə ev şəraitində müalicə alan jurnalist daha sonra "Yeni Klinika"ya köçürülüb. Jurnalist oktyabrın 11-də ECMO cihazından ayrılıb.
