Məzmuna keç

Qaz təchizatında daha bir qanunsuz müdaxilə halı aşkar edilib –

“Azəriqaz” İstehsalat Birliyinin Şəmkir Regional qaz istismarı İdarəsinin Ağstafa Xidmət sahəsinin əməkdaşları qaz təchizatından qanunsuz istifadə, özbaşına şəkildə müdaxilə halı aşkar ediblər.

E-huquq.az-ın “Azəriqaz”a istinadən verdiyi məlumata görə, Ağstafa rayonunun Köçəsgər kənd sakini Tahir Mehtiyev ona məxsus həyətyanı sahənin qarşısından keçən qaz xəttinə 2 rezin boru vasitəsilə qeyri-qanuni birləşmə edib.

"Vətəndaş qarşısına çıxa biləcək real təhlükədən çəkinməyib və bunun nəticələrinin ağır olacağının fərqində olmadan kustar üsulla qaz xəttinə qanunsuz birləşmə edib. Sözügedən məsələ ilə bağlı Birlik tərəfindən dərhal tədbirlər görülməklə, növbəti dəfə qanunsuz qoşulma ləğv edilib. "Azəriqaz” İB bir daha xəbərdarlıq edir ki, vətəndaşlar bu cür hərəkətlərdən çəkinməlidirlər. Belə vəziyyətlərdə cüzi qaz sızması ciddi təhlükə yarada bilər", – deyə qurumdan bildirilib.