Məzmuna keç

Vətəndaşları aldadaraq kartlarındakı pulu mənimsəyən 4 nəfər saxlanıldı

Bankın adından istifadə edərək vətəndaşlara qarşı dələduzluq edən şəxslər saxlanılıb.

E-huquq.az xəbər verir ki, bu barədə DİN Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.

E.Hacıyev qeyd edib ki, bu məlumatla əlaqədar DİN tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə çoxsaylı vətəndaşa qarşı dələduzluq əməlində şübhəli bilinən 4 nəfər müəyyən olunaraq saxlanılıb: “Hazırda digərlərinin də müəyyən olunması istiqamətində tədbirlər davam etdirilir".