Məzmuna keç

NATO-nun yüksək rütbəli rəsmisi Bakıya gələcək

NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Havyer Kolomina gələn həftə Azərbaycana səfər edəcək.

E-huquq.az xəbər verir ki, o, bu barədə tviter səhifəsində məlumat paylaşıb.

“Gələn həftə Qafqaza ilk səfərimə hazırlaşıram. Yeni təyin olunduğum NATO-nun Qafqaz və Mərkəzi Asiyadakı xüsusi nümayəndəsi vəzifəsində NATO-nun Qafqazda iştirakını genişləndirməyin yollarını müəyyənləşdirmək məqsədilə Azərbaycan, Gürcüstan, Ermənistana səfər edəcəyəm”, – ispaniyalı diplomat yazıb.