Xorvatiya Respublikasının xarici və Avropa işləri naziri cənab Qordan Griliç ölkəmizə rəsmi səfərə gəlib.
E-huquq.az-ın məlumatına görə, səfər çərçivəsində Qordan Griliç Xarici İşlər Nazirliyində azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşəcək.
Görüşdən sonra Azərbaycan və Xorvatiyanın xarici işlər nazirlərinin birgə mətbuat konfransının keçirilməsi nəzərdə tutulub.
