Məzmuna keç

İlham Əliyev Türkiyəyə səfər edəcək

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 12-də Türkiyəyə səfər edəcək.

E-huquq.az bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı rəsmi “Twitter” hesabında məlumat verib.

O, Azərbaycan və Türkiyə Prezidentlərinin 26 oktyabrda bir il ərzində üçüncü dəfə Qarabağda, dördüncü dəfə isə noyabrın 12-də İstanbulda görüşəcəklərini qeyd edib.