Məzmuna keç

İlham Əliyev Ərdoğanı Füzuli Beynəlxalq Hava Limanında qarşıladı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Füzuli Beynəlxalq Hava Limanında rəsmi qarşılanma mərasimi keçirilib.

E-huquq.az-ın xəbərinə görə, Türkiyənin dövlət başçısını Azərbaycan Prezidenti İlham Əliyev qarşılayıb.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Türkiyə Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.