Məzmuna keç

İlham Əliyev və Ərdoğan Zəngilanda “Ağıllı kənd” layihəsi çərçivəsində görülən işlərlə tanış olublar

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 26-da Zəngilan rayonunda səfərdə olublar.

E-huquq.az-ın xəbərinə görə, kənd təsərrüfatı naziri İnam Kərimov dövlət başçılarına rayonun Ağalı kəndində həyata keçirilən “Ağıllı kənd” layihəsi çərçivəsində görülən işlər barədə məlumat verib.