Məzmuna keç

Azərbaycan Prezidenti: “Füzuli Beynəlxalq Hava Limanı bizim birgə uğurumuzdur”

“Füzuli Beynəlxalq Hava Limanının inşası cəmi 8 ay davam etdi. 8 ay ərzində beynəlxalq hava limanı inşa edildi”.

E-huquq.az-ın xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 26-da Zəngilanda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata birgə bəyanatla çıxış edən zaman deyib.

“Bu hava limanının inşaatında Azərbaycan və Türkiyə şirkətləri iştirak ediblər. Bu, bizim birgə uğurumuzdur", – Prezident vurğulayıb.