Məzmuna keç

Lənkəranda 47 yaşlı kişi özünü asdı

Lənkəran şəhərində intihar hadisəsi baş verib.

E-huquq.az xəbər verir ki, hadisə rayonun Digah kəndində baş verib.

Belə ki, 1974-cü il təvəllüdlü Rufullayev Vüqar Rufulla oğlunun meyiti evlərinin zirzəmisində aşkar olunub.

Meyid müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: Report