Məzmuna keç

Sumqayıtda iş adamına qarşı dələduzluq edən hüquqşünasın cəzası azaldıldı

Sumqayıtda iş adamına qarşı dələduzluq edən hüquqşünasın cəzası azaldıldı

Sumqayıt Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Raşad Novruzovun barəsində olan hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya porotesti və apellyasiya şikayətinə baxılıb.

E-huquq.az-ın xəbərinə görə, hakim Elman Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyilşdirilib.

Belə ki, R.Novruzovun 6 il müddətinə azadlıqdan məhrumetmə cəzası 5 ilə endirilib.

İttiham aktına əsasən, R.Novruzov “Gold Lock MMC” lombard satış mərkəzinin təsisçisi kimi lombardın maliyə durumunu artırmaq adı ilə İlham Bağırovdan 81 372 manat pul alıb.

İxtisasca hüquqşünas olan R.Novruzov lombardı açandan sonra bir müddət işlədib, daha sonra İ.Bağırovun pulunu dələduzluq yolu ilə ələ keçirib.

Zərərçəkmişin şikayəti əsasında saxlanılan onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.

İstintaq dövründə R.Novruzovun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 6 il müddətinə azadlıqdan məhrum edilib. R.Novruzovun barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəzlənib və o, məhkəmə zalında həbs olunub. Hökmdən narazı qalan məhkum, zərərçəkmiş apellyasiya şikayət və prokuror isə apellyasiya protesti verib.

Xatırladaq ki, R.Novruzov əvvəllər də məhkumluq həyatı yaşayıb.