Türkiyə Böyük Millət Məclisinin (TBMM) Baş Məclisi gələn həftə türk hərbçilərinin Azərbaycandakı mandatının uzadılması ilə bağlı Prezidentin təklifini müzakirəyə çıxaracaq.
E-huquq.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Məlumata görə, türk hərbçilərinin Azərbaycandakı vəzifə müddətinin uzadılması ilə bağlı müzakirələr noyabrın 9-da keçiriləcək.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan türk hərbçilərinin Azərbaycanda qalma müddətinin uzadılması ilə bağlı TBMM-ə sənəd göndərib.
