Məzmuna keç

Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik edib

Türkiyənin Xarici İşlər Nazirliyi 8 Noyabr – Zəfər Günü münasibətilə tviter səhifəsində paylaşım edib.

E-huquq.az xəbər verir ki, paylaşımda deyilir:

"Öz torpağındakı işğalı 44 gündə başa çatdıran can Azərbaycanın Zəfər Günü mübarək olsun. Qarabağın azadlığı uğrunda şəhid olan igidlərimizi rəhmətlə yad edir, qazilərimizə şəfa diləyirik".