Məzmuna keç

Çavuşoğlu Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

“Haqlı mübarizəsində qazandığı zəfərdən sonra artıq Qarabağda Can Azərbaycanın bayrağı dalğalanır, xarı bülbül çiçəyi coşqu ilə açılır”.

E-huquq.az xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu 8 Noyabr – Zəfər Günü münasibətilə tviterdə yazıb.

“Qardaş Azərbaycanın Zəfər Günü mübarək olsun. Əziz şəhidlərimizin ruhları şad, məkanları cənnət olsun!”, – nazir bildirilib.