Türkiyənin birinci xanımı Əminə Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.
E-huquq.az xəbər verir ki, bu barədə Əminə Ərdoğan “Twitter” hesabında paylaşım edib.
“Can Azərbaycanın vətən torpağı Qarabağı əzmkar mübarizə ilə azad etməsinin birinci ildönümünü can-könüldən təbrik edirəm. Vətən sevgisi vətən torpağına qarışmış bütün şəhidlərimizi rəhmətlə, qazilərimizi minnətdarlıqla anıram”, – deyə paylaşımda qeyd olunub.
