Məzmuna keç

Fikrət Məmmədov əmr imzaladı, Monitorinq Qrupu yaradıldı

"Cənab nazir Fikrət Məmmədov noyabrın 5-də 25 bənddən ibarət əmr imzalayıb".

E-huquq.az xəbər verir ki, bunu bunu Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova 8 Noyabr-Zəfər Günü münasibətilə elan olunan Amnistiya Aktına həsr edilən "dəyirmi masa"da çıxışı zamanı deyib.

Onun sözlərinə görə, əmrdə göstərilir ki, amnistiyanın icrası ilə bağlı şikayətlərin obyektiv, hərtərəfli və prinsipial araşdırılması üçün nazirlik əməkdaşlarından ibarət Monitorinq Qrupu yaradılsın: "Amnistiya Aktının icrası xüsusi nəzarətə götürülüb. Onun tətbiqində əsassız imtinalar, süründürməçilik, qanunsuzluqlarla bağlı şikayətlər Monitorinq Qrupuna göndəriləcək və qısa müddət ərzində baxılması təmin olunacaq. Pozuntuya yol vermiş şəxslər barəsində ciddi tədbir görüləcək".

Sevgül Qasımzadə