Konstitusiya Məhkəməsi Plenumunda bu gündən etibarən baxılacaq işlərin siyahısı açıqlanıb.
E-huquq.az həmin cədvəli təqdim edir:
1. Ərizəçi İsgəndərova Bahar Rəşid qızının Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair şikayəti
Məhkəmə iclasının tarixi: 11 noyabr 2021-ci il
2. Ərizəçi Əliyev Tofiq Məmməd oğlu və Əliyev Telman Məmməd oğlunun Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 may 2021-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair şikayəti
Məhkəmə iclasının tarixi: 18 noyabr 2021-ci il
3. Ərizəçi Məmmədov Rövşən Rəhman oğlunun Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 sebtyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair şikayəti
Məhkəmə iclasının tarixi: 19 noyabr 2021-ci il
4. Azərbaycan Respublikası Prokurorluğunun “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 100, 101-ci maddələri və Azərbaycan Respublikası Cinayət Prosessual Maddəsinin 53.1.5 maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair sorğusu.
Məhkəmə iclasının tarixi: 23 noyabr 2021-ci il
Azərbaycan Respublikası Prokurorluğunun Sorğusu
5. Bakı Apellyasiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 109-1.1-ci maddəsi ilə Mənzil Məcəlləsinin 110.1 və 110.3-cü maddələrinin müqayisəli şəkildə şərh edilməsinə dair müraciəti.
Məhkəmə iclasının tarixi: 26 noyabr 2021-ci il
Bakı Apellyasiya Məhkəməsinin Müraciəti
6. Bakı Apellyasiya Məhkəməsinin Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142, 383 və 408.3-cü maddələri, eləcə də Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi kontekstində şərh edilməsinə dair müraciəti.
Məhkəmə iclasının tarixi: 2 dekabr 2021-ci il
Bakı Apellyasiya Məhkəməsinin Müraciəti
