Məzmuna keç

Binəqədidə qonşusunu öldürən şəxsin ibtidai istintaqı yekunlaşdı

Binəqədidə qonşusunu öldürən şəxsin ibtidai istintaqı yekunlaşdı

Bakıda 66 yaşlı kişi bıçaqlanaraq öldürməkdə təqsirləndirilən İbrahim Mürsəlovun cinayət işi üzrə ibtidai istintaqı yekunlaşıb.

E-huquq.az-ın xəbərinə görə, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Mahmud Nəbiyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Qeyd edək ki, hadisə bu il iyun ayında Bakı şəhəri Binəqədi rayonunda qeydə alınıb.

Vidadi Rəcəbov qonşusu, 1955-ci il təvəllüdlü İ.Mürsəlov tərəfindən bıçaqlanaraq qətlə yetirilib. Daha sonra İ.Mürsəlov saxlanılıb.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanılıb.