Məzmuna keç

Məhkəmə müstəntiq barəsində xüsusi qərar qəbul etdi

Məhkəmə qanunsuz odlu silah saxlamaqda təqsirləndirilən şəxsə bəraət verib

"Məmmədov Elman Abbasəli oğlunun AR CM-nin 228.1-ci yəni, qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə təqsirliliyi sübuta yetrilmədiyindən və cinayət hadisəsi olmadığından bəraət hökmünün qəbul olunmasına nail oldum".

E-huquq.az xəbər verir ki, bu barədə vəkil Orxan Kəngərli məlumat yayıb.

Məlumatda deyilir.

"Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İŞ-nin müstəntiqi bir çox qanunsuzluqlara yol verərək müvəkkilim azadlığının 9 ay qanunsuz olaraq məhdudlaşdırılmasına nail olmuşdu. Qanunsuz əməllərinə görə müstəntiq barəsində məhkəmə xüsusi qərar qəbul etdi. Ədalətli qərara görə Nərimanov Rayon Məhkəməsinin hakimi Tural Ələkbərova təşəkkür edirəm", – deyə vəkil qeyd edib.