Masallı şəhərində ümumi sahəsi 450 m² olan binada mebel sexinin qurutma otağında mebel aksesuarları 8 m² sahədə və dam örtüyünün şüşə-pambıq üzlüyü 80 m² sahədə yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub.
Bu barədə e-huquq.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb.
***
19:04
Masallı şəhəri, Heydər Əliyev prospekti ünvanında yerləşən mebel sexində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bu barədə e-huquq.az FHN-ə istinadən xəbər verir.
Əlavə məlumat veriləcək.
***
18:28
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Masallı şəhəri, Heydər Əliyev prospekti ünvanında yerləşən mebel fabrikində yanğın olması barədə məlumat daxil olub.
Bu barədə e-huquq.az FHN-ə istinadən xəbər verir.
Məlumat qəbul edilən kimi FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
İlkin məlumata əsasən, yanğın ikimərtəbəli binanın birinci mərtəbəsindədir. Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.
