Məzmuna keç

Sumqayıtda itkin düşən yeniyetmə Bakıda tapıldı –

Sumqayıtda itkin düşən 13 yaşlı Quliyev Elcan Elmar oğlu tapılıb.

Bunu e-huquq.az-a DİN-nin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

DİN rəsmisi qeyd edib ki, itkin düşmüş yeniyetmə paytaxtın Səbail rayonunun Bulvar ərazisində polis tərəfindən tapılıb.

“Hazırda o, Sumqayıt şəhərinə aparılır, ailəsinə təhvil veriləcək”, – deyə E.Hacıyev bildirib.