Məzmuna keç

Yevlaxda itkin düşən tələbə tapıldı

Yevlax rayonunun Ərəş kəndində məskunlaşmış Kəlbəcər rayon sakini, birinci kurs tələbəsi tapılaraq ailəsinə təhvil verilib.

E-huquq.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

Müəyyən olunub ki, o könüllü olaraq, ailəsini məlumatlandırmadan yaşadığı ünvanı tərk edib.

Qıza qarşı zorakılıq, yaxud digər cinayətkar qəsd olmayıb.