Məzmuna keç

Bu ilin 10 ayında prokurorluq orqanları tərəfindən 1183 cinayət işinin istintaqı tamamlanıb

2021-ci ilin yanvar-oktyabr ayları ərzində prokurorluq orqanları tərəfindən 1183 cinayət işinin istintaqı tamamlanıb

Bu barədə e-huquq.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən prokurorluq orqanlarının fəaliyyətini əks etdirən rəqəmlər barədə kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə #gununreqemi həştəqi ilə məlumatlar yerləşdirilir.

Bu günün rəqəmi isə 1183-dir.
Belə ki, 2021-ci ilin yanvar-oktyabr ayları ərzində prokurorluq orqanları tərəfindən 1183 cinayət işinin istintaqı tamamlanmışdır.
Prokurorluq orqanlarının fəaliyyətindəki bu və ya digər yeniliklərdən xəbərdar olmaq üçün sosial şəbəkə səhifələrinin izlənilməsi tövsiyə olunur.