Məzmuna keç

Xarici hərbi attaşelər və beynəlxalq təşkilatların nümayəndələri sərhəddəki vəziyyət barədə məlumatlandırıldı

Noyabrın 16-da Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsi tərəfindən Azərbaycanda akkreditə olunan xarici hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndələri üçün brifinq təqdim olunub.

Bu barədə e-huquq.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Brifinq iştirakçılarına dövlət sərhədində Ermənistan tərəfinin törətdiyi təxribatlar və hazırda mövcud vəziyyət barədə ətraflı məlumat verilib.