“İrəvan Bakıya sülh sazişi bağlamağı təklif edib və edir”.
E-huquq.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
“Biz Azərbaycana sülh sazişi bağlamağı təklif etmişik və edirik də. ATƏT-in Minsk Qrupunun bütün fəaliyyəti də bu sülh sazişinin bağlanmasına yönəlib. Biz tammiqyaslı danışıqlar prosesinin bərpasından danışırıq və bu prosesə cəlb olunmuşuqsa, deməli, məqsədimiz sülh sazişinin bağlanmasıdır”, – deyə Paşinyan parlamentdə çıxışında bildirib.
