Rusiya Cənub Hərbi Dairəsi qoşunlarının komandan müavini, general-leytenant Rüstəm Muradovu Bakıdan İrəvana aparan təyyarə yerə enib.
E-huquq.az-ın xəbərinə görə, bu barədə “Sputnik Armeniya” məlumat yayıb.
Sayt yazır ki, Muradov özü ilə bir erməni hərbçisinin cəsədini aparıb.
***
19:48
Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin komandanının müavini general-leytenant Rüstəm Muradovun olduğu təyyarə Bakıdan İrəvana uçub.
E-huquq.az erməni KİV-nə istinadən xəbər verir ki, təyyarənin göyərtəsində sərhəddə baş vermiş döyüş əməliyyatları zamanı həlak olmuş erməni hərbçilərin meyitləri var.
