Məzmuna keç

Gürcüstan parlamentində Azərbaycan-Ermənistan sərhədindəki gərginlik müzakirə olundu

Gürcüstan parlamentinin Xarici əlaqələr üzrə Komitəsinin sədri Nikoloz Samxaradze bu ölkədə səfərdə olan Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarla görüşüb.

E-huquq.az xəbər verir ki, bu barədə qanunverici orqanın mətbuat xidmətindən bildirilib.

Tərəflər regional təhlükəsizlik və Cənubi Qafqazda baş verən prosesləri müzakirə ediblər.

Xüsusi diqqət Azərbaycan-Ermənistan sərhədində bu həftə yaranmış gərgin vəziyyətə yönəldilib. N.Samxaradze Gürcüstan hökumətinin bölgədə sülh təşəbbüsünün önəmini vurğulayıb.