Məzmuna keç

“Qazla bağlı məhkəmələrə müraciətlər 3 dəfə azalıb”

Bu ilin əvvəlindən “Azəriqaz” İstehsalat Birliyindən və abunəçilərindən məhkəmələrə ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 3 dəfə az müraciət daxil olub.

E-huquq.az xəbər verir ki, bunu qurumnun Baş direktoru Ruslan Əliyev bildirib.

“Təxminən 1 000 müraciətdən 650-si bizə məxsusdur ki, onlardan da 590-u xeyrimizə həll edilib. Təxminən 350 müraciət isə abunəçilərdən daxil olub və onun da 120-də “Azəriqaz”ın xeyrinə qərar çıxarılıb. Hazırda 90 müraciət icra prosesindədir”, – deyə o, qeyd edib.