Məzmuna keç

Göygöldə bələdiyyə binasında mühasibin meyiti tapıldı

Göygöldə bələdiyyə binasında meyit aşkarlanıb.

E-huquq.az xəbər verir ki, Çaykənd bələdiyyəsinin mühasibi, 1963-cü il təvəllüdlü Sovda Orucovun meyiti iş otağında tapılıb.

Məlumata görə, 63 yaşlı şəxsin meyitini iş saatları başa çatdıqdan sonra həmkarları aşkar ediblər. İlkin ehtimala görə, bələdiyyə binasında işıqların sönmədiyini görən əməkdaşlar otağa daxil olublar.

Faktla bağlı Göygöl Rayon Prokurorluğunda araşdırma başlanılıb.