Vergi, sığorta, aliment və digər borclar üzrə məhkəmə qərarlarının çevik icrası məqsədilə ödənişlərin birbaşa bank hesablarına yönəldilməsi, onlayn qaydada ödənişlərin aparılması təşkil olunub.
E-huquq.az-ın məlumatına görə, bunu ədliyyə naziri Fikrət Məmmədov bildirib.
F.Məmmədov qeyd edib ki, fəaliyyətin təkmilləşdirilməsində mühüm əhəmiyyət kəsb edən “Elektron icra” informasiya sisteminin müxtəlif orqanların məlumat bazalarına inteqrasiyası hesabına zəruri sənədlərin, o cümlədən borclular barəsində məlumatların ani vaxt rejimində əldə olunması imkanı yaranıb: "Bunun nəticəsidir ki, cari ildə icrası təmin edilən işlərin sayı 20 faizədək artıb, fiziki və hüquqi şəxslərə 420 milyon manatdan çox vəsait ödətdirilib".
