22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü münasibətilə Sumqayıt şəhərində fəaliyyət göstərən məhkəmələrin hakimlərinin, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun, Sumqayıt Regional Ədliyyə İdarəsinin, hüquq-mühafizə orqanlarının rəhbərlərinin iştirakı ilə tədbir keçirilib.
E-huquq.az-ın məlumatına görə, tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin Sumqayıt şəhərində ucaldılan abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Daha sonra Heydər Əliyev Mərkəzində olub, Ulu Öndərin həyatının və çoxşaxəli dövlətçilik fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən sənəd və foto şəkillərlə, o cümlədən Sumqayıtda müxtəlif obyektlərin açılışında iştirakının, ictimaiyyət nümayəndələri ilə görüşlərinin əks olunduğu fotolar və sənədlərə tanış olublar. Tədbir iştirakçıları Mərkəzdə yaradılan şəraitlə də tanış olublar.
