Məzmuna keç

Məhkəmə sədri: “Mediasiya institutu ədliyyə sistemində mühüm dəyişikliklərin təməlini qoyub”

"Mübahisələrin məhkəmədənkənar səmərəli həllinə nail olmaq üçün tətbiq edilən mediasiya institutu ədliyyə sistemində edilən mühüm dəyişikliklərin təməlini qoyub. Müasir dövrdə demokratik dövlət quruculuğunun inkişafı dünya hüquq məkanına in­teqrasiyadan, mütərəqqi və çevik hüquqi mexanizmlərin yaradılması və tətbiqindən bilavasitə asılıdır. Avropa hüquq məkanında artıq xeyli müddətdir ki, tətbiq edilən mediasiya prosedurunun üzv ölkələrdə də geniş yayılması mühüm yeniliklərdən biri kimi məhz bu baxım­dan aktuallıq kəsb edir".

E-huquq.az-ın məlumatına görə, bunu Yasamal Rayon Məhkəməsinin sədri İslam Əliyev deyib.

Onun sözlərinə görə, müasir şəraitdə mübahisələrin səmərəli həlli məqsədilə üçüncü tərəfin müdaxiləsi zərurətə çevi­rilib: "Hazırda hüquqi, siyasi-diploma­tik vasitə kimi mediasiya münaqişələrin uğurlu həlli yolu hesab edilir və qabaqcıl ölkələrdə mediasiya institutunun inkişafı­na geniş şərait yaradılır. Mediasiya bəşəriyətin təcrübəsi ilə ərsəyə gələn hüquq barışıq strategiya­sının və hüquqi praktikanın növlərindən biridir. Mediasiya mübahisədə olan tərəflə arasında qarşılıqlı konsensusa əsaslanan və hər iki tərəfi qane edən dərk edilmiş qərara gəlmək yoludur. Mediasiya mübahisələrin həlli prose­durunda üçüncü tərəfin – mediatorun iştirakını nəzərdə tutur və vasitəçiliyin özünəməxsus bir formasıdır".

Sədr qeyd edib ki, mediasiya institutunun tətbiqi ilk dəfə pilot layihə çərçivəsində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzi­bati binasında tətbiq edilib: "Layihə çərçivəsində vətəndaşlara könüllü qaydada, ödənişsiz mediatr təyin edilib və mübahisənin məhkəmədən öncə səmərəli həllinə nail olmağa çalışıl­ıb. Lahiyə uğurla həyata keçirilib və ailə mübahisələri üzrə məhkəməyə müraciət edən şəxslər arasında barışıq sazişinin bağlanması ilə nəticələnib".