Məzmuna keç

Beynəlxalq Bank “Azərsu” ASC-ni məhkəməyə verdi

Beynəlxalq Bank “Azərsu” ASC-ni məhkəməyə verdi

“Azərbaycan Beynəlxalq Bankı” ASC “Azərsu” ASC-ni məhkəməyə verib.

E-huquq.az-ın xəbərinə görə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən bank müqavilə üzrə borcun ödənilməsi tələbi irəli sürüb.

Lakin borcun məbləği açıqlanmayıb.

İddia hakim Aytən Oruczadənin icraatına verilib.

Məhkəmənin hazırlıq iclası avqustun 29-na təyin edilib.