Məzmuna keç

Prokuror şirkət rəhbərinin hökmündən protest verdi

Prokuror şirkət rəhbərinin hökmündən protest verdi

Bakıda dələduzluqda təqsirləndirilən "200" MTK-nın rəhbəri Etibar Fərziyev və onunla birlikdə ittiham olunan Elxan Əliyev, Ramil Şükürov, Arzu Ağalarovun barələrində olan hökmdən dövlət ittihamçısı apellyasiya protesti və apellyasiya şikayəti verib.

E-huquq.az-ın xəbərinə görə, Bakı Apellyasiya Məhkəməsinə müraciət edən prokukuror onların cəzalarının ağırlaşdırılmasını, təqsirləndirilən şəxslər isə daha yüngül cəza verilməsini istəyir.

Məhkəmənin ilkin baxış iclası avqustun 26-na təyin edilib.

Protest və şikayət hakim Elmar Rəhimovun sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, təqsirləndirilən şəxslər vətəndaşların etibarından sui-istifadə edərək, bir mənzili bir neçə şəxsə satmaqla dələduzluqda təqsirli biliniblər.

Onlar Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham olunublar.

İş üzrə 23 nəfər zərərçəkmiş var.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Fərziyev 10 il, E.Əliyev 3 il müddətinə azadlıqdan məhrum edilib.

R.Şükürov və A.Ağalarov isə Cinayət Məcəlləsinin 70-ci (şərti məhkumetmə) maddəsi tədbiq edilməklə məhkəmə zalından azadlığa buraxılıb.