Məzmuna keç

ATƏT-in Minsk Qrupu Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünü keçirməyə hazırdır

ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında görüş keçirməyə hazırdırlar.

Bu barədə e-huquq.az həmsədrlərin birgə bəyanatında istinadən xəbər verir.

Bəyanatda bildirilir ki, həmsədrlər Stokholmda Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin onların himayəsi altında birgə görüşünün baş tutmamasından təəssüflənirlər: "Həmsədrlər sentyabrda Nyu-Yorkda və noyabrda Parisdə başlanmış müzakirələrin davam etdirilməsinə şərait imkan verən kimi belə bir görüşü keçirməyə hazır olduqlarını bildiriblər".